Dərs müşahidə qrupunun iclası keçirilib

24.10.2023-cü ildə məktəbdə dərslərin keyfiyyətini yüksəltmək, müəllimlərə metodiki dəstək vermək, tədrisin təşkilinə və məzmununa qoyulmuş dövlət tələblərini ödəyəcək səviyyədə dərs qurmaq üçün pedaqoji heyətə istiqamət vermək məqsədi ilə daxili əmrlə yaradılmış dərs müşahidə qrupunun iclası keçirilib. Qrup üzvləri ötən həftə ərzində dinlədiyi dərsləri ətraflı müzakirə ediblər. Dinlənilən dərslərin əsas güclü və zəif tərəfləri təhlil edilib, dərslər üçün xarakterik olan ümumi zəif cəhətlərin inkişaf etdirilməsi üçün konstruktiv addımlar müəyyənləşdirilib. Müəllimlərlin metodiki işini stimullaşdırmaq məqsədi ilə fəaliyyət göstərən müşahidə qrupunun növbəti həftəlik iş planı hazırlanıb.