"Düşünən şagird" müsabiqəsinin məktəb turu
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1698052212653638743e9915.16672071.jpg)
Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədi ilə verilmiş BŞTİ-nin 3-29-59 13-2-320F/2023 nömrəli 26.09.2023-cü il tarixli müvafiq əmrinə əsasən 96 nömrəli tam orta məktəbin kitabxanasında 23.10.2023-cü il tarixdə "Düşünən şagird" müsabiqəsinin məktəb turu keçirilib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər təlimatda verilmiş kiçik mətnlərdən müəyyən birini seçərək onun davamı kimi qurduqları maraqlı hekayələrini müsahibə komissiyasına təqdim ediblər. Müsahibə komissiyasının tərkibində məktəbin direktoru Mehriban Hacıyeva, kitabxana müdiri Ofeliya İsmayılova, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Ülviyyə Musayeva və Ofeliya Məmmədova olublar. Şagirdlər diqqətlə dinlənilib və müsabiqənin şərtlərinə uyğun olan, müəyyən edilmiş meyarlara cavab verən işlər seçilərək şəhər turuna göndərilib.