Kimya fənni üzrə dərsdinləmə
20.10.2023-cü il tarixdə 8"B" sinfində direktor və direktor müavinin fəaliyyət planına əsasən dərsdinləmə aparılıb. Kimya fənni üzrə dinlənilən dərsin mövzusu "Oksidlər və onların xassələri" olub. Dərs müəllim Kəmalə Ələkbərova tərəfindən təqdim olunub. Dərsdinləmədə təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, fənn birləşmə sədri Şəbnəm Rəhimova, biologiya müəllimi Afaq Əhmədova və riyaziyyat müəllimi Pərvanə Əliyeva iştirak ediblər. Dərsin geniş müzakirəsi təşkil edilib.