Azərbaycan – qayalarda bitən bir çiçək
19.10.2023-cü il tarixdə məktəbin kitabxanasında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın (1933-2004) anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbin ana dili və ədəbiyyatı müəllimi Nailə Səfərova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova və VII sinif şagirdləri iştirak ediblər. Tədbirdə Məmməd Arazın yaradıcılığına geniş nəzər salınıb. Şagirdlər onun indiyə qədər nəşr edilmiş bir çox kitabı ilə tanış olublar. Şairin şeirlərini ifa edən şagirdlər onun poeziyası ətrafında fikir mübadiləsi aparıblar.