18 oktyabr- Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü
Bu gün 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür. 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
18.10 2023-cü il tarixdə məktəbin akt zalında bu əlamətdar gün təntənəli şəkildə qeyd olunub. Şagirdlər dövlət müstəqilliyimizi tərənnüm edən şeirlər, mahnılar ifa ediblər.Tədbirdə müstəqilliyə gedən keşməkeşli yolu əks etdirən video materiallar nümayiş etdirilib.