Daha bir nümunə dərs
18.10.2023-cü il tarixdə 7"A" sinfində kimya fənnindən nümunə dərs dinlənilib. Müəllim Rəhimova Şəbnəmin təqdimatında olan dərsin mövzusu "Atomun tərkibi" olub. Dərs müasir kurikulumun əsasları üzərində qurulub. Resurslarla və əyani vəsaitlərlə zəngin olub. Müəllim təlim məqsədini reallaşdırmağı bacarıb. Nümunə dərs təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, psixoloq Sevinc Abdullayeva, kimya müəllimi Kəmalə Ələkbərova tərəfindən dinlənilib. Daha sonra dərsin müzakirəsi təşkil edilib.