"Mən və mənim əhatəm" adlı maarifləndirici dərs
Ümumtəhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən nikah və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait" əsasında 96 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinə 16.10.2023-cü il tarixdə "Mən və mənim əhatəm" adlı ilk maarifləndirici dərs məşğələsi keçirilib. Məşğələni məktəbin psixoloqu Sevinc Abdullayeva aparıb. Məşğələnin məzmunu şagirdlərə yoldaşları ilə doğru münasibət qurmaq, dost anlayışını dərk etmək, özünü və əhatəsini tanımaq kimi vacib nüanslarda yol göstərmək, bu istiqamətdə onlara müəyyən məqamları izah etmək və bu məsələləri birgə müzakirə etmək kimi mərhələləri əhatə edib. Məşğələ qızlar və oğlanlar üçün ayrı-ayrı təşkil edilib. Dərs interaktiv formatda keçib.