Reproduktiv sağlamlıq mövzusunda valideynlərlə maarifləndirici görüş
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1697546358652e8076b64e60.65214936.jpg)
17.10.2023-cü il tarixdə uşaqların reproduktiv sağlamlığının qorunması istiqamətində aparılan maarifləndirici işlər silsiləsində atılan addımlardan biri kimi məktəbimizdə VIII sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Görüşdə məktəbin psixoloqu Sevinc Abdullayeva, biologiya müəllimləri Afaq Əhmədova və Aynur Sadıqova iştirak ediblər. Onlar valideynlərə yeniyetməlik dövründə uşaqlarla düzgün rəftar, sağlam valideyn-övlad münasibətlərinin qurulması, uşaqların gigiyenası və s mövzularda tövsiyələr veriblər.
Valideynləri maraqlandıran suallar cavablandırılıb.