İnklüziv sinifdə mentor dəstəyi mütəmadi təmin olunur

96 nömrəli tam orta məktəb inklüziv təhsilin tətbiq edildiyi pilot məktəblərdəndir. Bu tədris ilində 1"B" sinfi inklüziv təhsilin tətbiq edildiyi sinif kimi fəaliyyətə başlayıb və oraya iki əlilliyi olan şagird qəbul edilib. Bu sinif və oradakı əlilliyi olan şagirdlər digər inklüziv təhsilin tətbiq edildiyi məktəblər kimi həm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, həm ARTİ, həm də UNİSEF-in xüsusi diqqətindədir. Elə məhz bu səbəblə də 11.10.2023-cü il tarixdə inklüziv təhsil üzrə mentor Xəyalə Məmmədova məktəbdə olmuş, inklüziv təhsil tətbiq edilən sinifdə dərs müşahidələri aparmış, məktəbin psixoloqu Sevinc Abdullayeva və korreksiyaedici pedaqoq Xəyalə Rzasoyla görüşüb, onları dinləyib, görülmüş işlərlə maraqlanıb və öz tövsiyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi