"Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird layihəsi" yeni tədris ilində yenidən bizimlə

2021-ci ildən 96 nömrəli tam orta məktəbdə həyata keçirilən "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsi növbəti tədris ilində də öz fəaliyyətinə başlayib. 10.10.2023-cü il tarixdə məktəbin könüllü valideynləri ilə ilk görüş təşkil edilib. Görüşü giriş sözü ilə açan məktəbin direktoru və layihənin ideya müəllifi Mehriban Hacıyeva qonaqları salamlayaraq komandaya qoşulmuş yeni könüllüləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Layihənin koordinatoru, məktəbin təşkilatçısı Nigar Süleymanova yeni üzvləri layihənin iş prinsipi və fəaliyyət mexanizmi ilə tanış edib. Bu tədris ilində layihədən gözləntilərimiz və layihə çərçivəsində həyata keçiriləcək işlərdən söz açıb. Çıxışlar yekunlaşdıqdan sonra yeni könüllülər UBTR Kəmalə Sadıqova və psixoloq Sevinc Abdullayevanın mentorluğu ilə interaktiv seminara cəlb ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi