Şagirdimizin "Mənim rəngli dünyam" adlı rəsm sərgisi
96 nömrəli tam orta məktəbin 5"A" sinif şagirdi Sənan Daşdəmirov istedadı ilə fərqlənən şagirdlərdəndir. Sənan rənglərin dili ilə öz təxəyyülünü, ruh dünyasını kətan üzərinə məharətlə əks etdirir. Məktəb foyesində Sənanın rəsm əsərlərindən təşkil edilmiş "Mənim rəngli dünyam" adlı rəsm sərgisi məktəbin şagirdləri tərəfindən maraqla qarşılanıb. Onlar öz yoldaşlarının istedadını təqdir edərək əsərlər barədə səmimi düşüncələrini Sənanla bölüşüblər.