IX siniflərdə ilk monitorinq
09.10.2023-cü il tarixdə IX siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənlərindən ilkin diaqnostika aparmaq və risk qrupuna aid olan şagirdləri müəyyən etmək üçün monitorinq təşkil edilib. Monitorinqdə 3 sinif paraleli üzrə ( IX"A", IX"B", IX"C" ) təhsil alan 88 şagirddən 80 nəfəri iştirak edib. Monitorinq saat 10.00-da başlayıb və 2 saat davam edib. Cavablar yoxlanıldıqdan sonra nəticələr rəhbərlik və fənn birləşmə sədrləri ilə birgə təhlil ediləcək. Risk qrupları bu təhlil əsasında müəyyən ediləcək.