Pedaqoji heyətlə növbədənkənar iclas
27.09.2023-cü il tarixdə saat 19.00-da Teams platforması üzərindən pedaqoji heyətlə rəhbərliyin iclası keçirilib. İclas iki saat davam edib. İclasda 60 müəllim və məktəb rəhbərliyi iştirak edib. İclasın gündəliyində aşağıdakı məsələlər yer alıb:
1. Məktəb sənədlərinin hazırlanması və aparılması vəziyyəti
2. Şagirdlərin dərsə davamiyyəti, ilk dərsə gecikmə halları və bu məsələ ilə bağlı atılacaq addımlar
3. Müəllimlərin növbətçilik qrafiki və prosesin tənzimlənmə vəziyyəti
4. Dərs, dərsə verilən tələblər. Müasir dərsin təşkili
5. SAF-2023 Müsabiqəsinin şərtləri ilə pedaqoji heyəti tanış etmək
6. BŞTİ-nin təşkilatçılığı ilə həyata keçiriləcək "Düşünən oxucu" müsabiqəsinin əsasnaməsi ilə ana dili müəllmlərini tanış etmək
7. BŞTİ-nin təşkilatçılığı ilə həyata keçiriləcək "Yaradıcı müəllim" müsabiqəsinin əsasnaməsi ilə pedaqoji heyəti tanış etmək
8. Şagirdlərin forma ilə təminatı barədə yekun statistikanı təhlil etmək
9. Şagirdlərlə aparılmış ilkin psixoloji diaqnostikanın nəticəsini təhlil etmək
10. Fənn müəllimləri tərəfindən aparılmış diaqnostik qiymətləndirmənin nəticələrinin ümumi təhlili
Məsələlər ətrafında ilk əvvəl məktəbin direktoru Mehriban Hacıyeva və müavinlər Mahirə Rüstəmova, Nigar Süeymanovanın çıxışları dinlənildi.Həmçinin Psixoloq Sevinc Abdullayevanın hesabatı eşidildi. Daha sonra müəllimlərin fikirləri, rəy və təklifləri dinlənildi.