TDM-in növbəti metodiki seminarının 96 nömrəli məktəbdə təşkili
27.09.2023-cü il tarixdə TDM- in "İbtidai sinif şagirdlərinin oxu və yazıda öyrənmə çətinlikləri" adlı növbəti metodiki seminarı 96 nömrəli məktəbdə təşkil edilib. İnteraktiv görüşü mərkəzin İnklüziv bölməsinin metodisti Esmira Kazımova və Məktəb mühiti və psixoloji işin təşkili bölməsinin metodisti Aysel Novruzova aparıblar. Təlim qarşlılıqlı müzakirə və interaktiv öyrənmə şəraitində təşkil edilib. Seminarda 23 məktəbin ibtidai sinif müəllimləri iştirak ediblər.