Saat 12.00-da Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 sentyabr -Anım Günündə saat 12.00-da respublikamızın hər yerində olduğu kimi 96 nömrəli tam orta məktəbdə də Şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər və müəllimlər, eləcə də inzibati və texniki heyət məktəb həyətində cərgə ilə yerlərini alıb. Əllərində üçrəngli bayrağı dalğalandıran vətənpərvərlər saatlar 12.00-ı göstərən kimi Şanlı Tariximizin qurucularını bir dəqiqəlik sükutla və böyük hörmət və ehtiram, minnətdarlıq duyğusu ilə anıblar.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi