Vətənimdə Anım Günüdür!
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16958010006513dea8c57d44.30192711.jpg)
Bu gün Azərbaycanda Anım Günüdür! Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin qəhrəmanlıq səhifəsini qanları ilə yazmış şəhidlərimizi ehtiramla anır.
Bütün təhsil müəssisələrində olduğu kimi 96 nömrəli tam orta məktəbdə də geniş Anım Günü tədbiri keçirilib. Səhər sıra xəttində valideyn və şagirdləri salamlayan məktəbin direktoru Mehriban Hacıyeva çıxışa başlamadan öncə Qarabağ şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra qeyd edilən Günün xalqımız üçün mühim əhəmiyyətini və önəmini vurğulayan direktor İkinci Qarabağ müharibəsində iştirak edən igidlərimizin tariximizi yenidən yazdığını və qəhrəmanlıq səlnaməsi yaratdıqlarını, onların sayəsində bu günü qürurla, fəxrlə yaşadığımızı qeyd edib. Daha sonra məktəbin tarix müəllimi Şeyda Hüseynova mövzu ətrafında çıxış edib.Söz şagirdlərə verilib. Onların ifasında zəfər, qələbə ruhunu, böyük vətən sevgisini ifadə edən şeir və mahnılar dinlənilib.