Birincilər məktəblə yaxından tanış olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1695371076650d4f44da4a62.97985539.jpg)
1"A" sinfinin və 1"B" sinfinin körpə fidanları sinif müəllimləri Təranə Nəcəfova və Fəridə İsgəndərova ilə birgə məktəb üzrə tanışlıq turu keçiriblər.Tur məktəb dəhlizlərindəki məlumatlandırıcı plakatlara baxış ilə başlayıb. Bu lövhələrin hər biri barədə sinif müəllimləri uşaqlara ətraflı izahat verib. Daha sonra məktəbin idman zalı, akt zalı, tibb otağı, kitabxanası, fənn laboratoriyası birincilərə təqdim edilib. Giriş- çıxış qapıları, məktəb bufeti göstərilib. Həyətyanı sahə ilə tanışlıq da tura daxil edilib.