Bilik Günü keçirilib
15.09.2023- cü il tarixdə bütün
ümumi təhsil müəssisələrində olduğu kimi bizim məktəbdə də ənənəvi Bilik Günü qeyd edilib. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva müəllimləri, şagirdləri və valideynləri salamlayıb, onları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. O öz çıxışında məktəbin ötən ilki uğurlarına toxunub, bu tədris ilindən gözləntilərini dilə gətirib. Daha sonra söz tədbirin qonağı Sabunçu rayon İcra Hakimiyyətinin şöbə müdiri Günay Hüseynovaya verilib. Günay Hüseynova ürək sözlərini və səmimi arzularını şagirdlərlə bölüşüb. Məktəbin direktor müavini Mahirə Rüstəmovanın çıxışından sonra söz körpə fidanlara verilib. Mahnılı, şeirli Bilik Günü tədbiri ilk zəngin çalınması ilə yekunlaşıb.