2023-2024-cü tədris ilinin ilk pedaqoji iclası keçirilib

13.08.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə 2023-2024-cü tədris ilinin ilk pedaqoji iclası keçirilib. İclas Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Mehriban Hacıyeva kollektivi salamlayaraq məktəbə yeni təyinat almış müəllimləri təyinat münasibəti ilə təbrik edib və onları müəllim andı içməyə dəvət edib. İşə yeni qəbul edilmiş müəllimlərin andiçmə mərasimindən sonra iclasın gündəliyində dayanan məsələlər iclas iştirakçılarına elan edilib:

1.Məktəbin iş rejiminin təsdiq edilməsi

2. Vəzifə bölgüsü

3.Yay tədris tapşırığı almış şagirdlərin yekun vəziyyəti

4. Sinif komplektlərinin formalaşdırılması

5. Sinif rəhbərlərinin təyin edilməsi

6. Fənn metodbirləşmə sədrlərinin təyin edilməsi

7.Təmayül siniflərin təsis edilməsi

8.Bilik Gününün keçirilməsi

9.Dərsliklərin təminatı vəziyyəti və paylanılması barədə

10. Yeni tədris ilinə hazırlıq vəziyyəti

İclas direktor və müavinlərin, kitabxana müdiri, məktəb həmkarlar təşkilatının sədri və məktəb psixoloqunun hesabat çıxışlarının dinlənilməsi ilə davam edib. Sonda şura protokolu tərtib edilib və qəbul edilməli qərarlar heyətə bildirilib. Qərarlar səs çoxluğu ilə qəbul edildikdən sonra pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi