Bir şagirdin uğur hekayəsi

Söhbət 96 nömrəli tam orta məktəbin XI × (texniki təmayüllü) sinfində təhsil alan Aysel Kazımlıdan gedir. Aysel məktəbin əlaçı və nümunəvi şagirdi olmaqla yanaşı olduqca sosial aktiv və hərtərəfli təqdimat bacarıqlarına sahib olan bir şagirddir. Aysel daim beynəlxalq və yerli müsabiqələrdə , olumpiadalar və layihələrdə iştirak edərək müxtəlif kateqoriyalar üzrə sertifikat və medallarla təltif edilib. Bir tək 2023- cü il çərçivəsində Ayselin akademik və sosial fəaliyyətini aşağıdakı şəkildə xarakterizə etmək olar:

1.COPERNİCUS OLİMPİAD 2023- də riyaziyyat kateqoriyasi üzrə bürünc medal

2."KİVA yay məktəbi 2023" çərçivəsində AKTA tərəfindən təşkil edilmiş CTF müsabiqəsində 3cü yer

3.BRAİN İMO tərəfindən təşkil edilmiş "ALGO MATH inkişaf proqramı 2023" çərçivəsində Senior komandasında fərqlənən 7 şagirddən biri

4.Kembric Universitetinin təşkil etdiyi Online Research Training Programme 2023- də uğurlu iştirakçı

5.İnnovasiya və Rəqəmsal Agentliyin dəstəyi ilə Viveka şirkəti tərəfindən keçirilən "Viveka Company Creation" proqramında öz Start up layihəsi ilə seçilənlərdən biri

6.İnternational Round of Future İntelligence Students Olimpiad- da riyaziyyat kateqoriyası üzrə gümüş medal

7. İntelligence Quotient Olimpiad of FİSO 2023- də FİSO İQ çərçivəsində bürünc medal, FİSO İQ qlobal tour- da isə qızıl medal

Bu riyazi istedadı və yüksək texniki kompetensiyaları ilə fərqlənən uğurlu şagirdimiz məktəbimizin fəxridir. Biz ondan növbəti tədris ilinin sonunda yüksək məzun nəticələri gözləyirik. Yolun açıq olsun, Aysel!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi