"İnklüziv siniflərdə təlimin təşkili metodikası" təliminə start verilib

İnklüziv təhsil (fr. inclusif — "özünə daxil edən", lat. include — "daxil edirəm") — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir.

İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.

İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

Bu tədris ilində Sabunçu rayonu üzrə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinə qoşulmuş pilot məktəblərin siyahısına 96 nömrəli tam orta məktəb də əlavə edilib. Hal- hazırda rayon üzrə bu layihə iki məktəbdə - 252 nömrəli məktəb- liseydə və 96 nömrəli tam orta məktəbdə mövcuddur. İnklüziv təhsil barədə məktəbin pedaqoji və rəhbər heyətini məlumatlandırmaq, bu layihənin mahiyyətini onlara dərindən izah etmək üçün hər iki məktəb heyətini əhatə edən təlimə start verilib. Təlim 96 nömrəli tam orta məktəbdə təlimçi Könül Qədimova tərəfindən keçirilir.Təlimin ikinci günü artıq başa çatmaq üzrədir. Bir həftəlik proqramı əhatə edəcək təlimin pedaqoqlarımız üçün çox məhsuldar olacağına əminik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi