Yay tədris tapşırıqlarının qəbuluna başlanılıb

"Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.32-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sinifdən-sinfə keçirilməsini, müvəffəqiyyətsizliyə və digər səbəblərə görə təkrar sinifdə saxlanılmasını tənzimləyir.

Məhz bu Qaydalara əsasən 4 (dörd) və daha artıq fəndən illik "qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılırlar. 3 fəndən (fənlərdən) illik "qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay-tədris tapşırıqları verilir.

Yay-tədris tapşırıqları fənn müəllimi tərəfindən fənn üzrə müəyyən bəhs və bölmələri əhatə etməklə hazırlanır və təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdə onun valideyninin (digər qanuni nümayəndəsinin) iştirakı ilə yazılı təqdim edilir. Yay-tədris tapşırığının bir surəti ümumi təhsil müəssisəsində saxlanılır. Yay-tədris tapşırığı hər il avqustun 25-dən sentyabrın 10-dək ümumi təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən ümumi təhsil müəssisəsində qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir.

Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılır. Yay-tədris tapşırıqlarının qəbulu prosesi protokollaşdırılır və şagirdə verilən qiymətə görə, onun yuxarı sinfə keçirilməsi və ya təkrar sinifdə saxlanması barədə ümumi təhsil müəssisəsinin pedaqoji şurasına təqdimat hazırlanır. Artıq 96 nömrəli tam orta məktəbdə müxtəlif fənlərdən yay tədris tapşırığı almış şagirdlərin tapşırıqları yerinə yetirib-yetirməməsinin yoxlanılması prosesinə start verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi