Son zəng çalınıb

14 iyun 2023-cü il tarixdə bütün ümumtəhsil məktəblərində olduğu 96 nömrəli tam orta məktəbdə də 60 XI sinif şagirdini 11 illik məktəb həyatından məzun edən son zəng çalınıb. Son zəng tədbiri saat 10.00-da başlayib. Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq, şagirdləri və valideynləri bu əlamətdar gün münasibəti ilə təbrik edib. Daha sonra söz Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayevə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmovaya və müəllimlərə verilib. Valideynlər də öz arzularını dilə gətiriblər və məktəb rəhbərliyinə, müəllimlərə 11 illik əmək üçün təşəkkür ediblər. Sonra tədbir məzunların çıxışları ilə davam edib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi