""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1686768380648a0afcc8a8b1.68047019.jpg)
13.06.2023- cü il tarixində 96 nömrəli tam orta məktəbin akt zalında ""Heydər Əliyev ili" nin ən yaxşı dərsi" adlı pedaqoji müsabiqənin mükafatlandırma mərasimi keçirilib. İki aya yaxın bir müddət ərzində davam etmiş müsabiqə nəhayət ki, ötən həftə yekunlaşıb.
BŞTİ-nin müvafiq razılığı və 96 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilən ""Heydər Əliyev ilinin ən yaxşı dərsi" müsabiqəsi 3 mərhələdən ibarət olub.
Müsabiqənin 1-ci mərhələsi qeydiyyat mərhələsi, 2-ci mərhələsi isə video dərslərin qəbulu və yaradılmış "Ən yaxşı dərs" youtube kanalına yüklənməsi mərhələsi olmuşdur. Son mərhələ isə qoyulmuş meyarlar əsasinda təşkilat komitəsinin üzvləri tərəfindən hər bir dərsin ayrı-ayrı qiymətləndirilməsi və onların verdiyi balla sosial şəbəkədə dərslərin topladığı bəyənmə sayına görə müəyyən edilən balların toplanması əsasında müəllimlərin reytinq sıralamasının müəyyən edilməsi olub. Dərslər aşağıdakı meyarlar əsasında qiymətləndirilib:
1.Təlim məqsədi standarta uyğundur-(1,2,3,4,5.)
2.Qiymətləndirmə meyarları məqsədə uyğundur və səviyyələndirilib-(1,2,3,4,5)
3.Tapşırıqlar məqsədə uyğundur-(1,2,3,4,5)
4.Təlim forması məqsədə uyğun seçilib-(1,2,3,4,5)
5.Təlim üsulu məqsədə uyğun seçilib-(1,2,3,4,5)
6.Təlimdə bərabər imkanlar yaradılıb-(1,2,3,4,5)
7. Şagird-şagird, şagird-müəllimi əməkdaşlığı faydalı qurulub-(1,2,3,4,5)
8.Vaxtdan və resurslardan düzgün, səmərəli istifadə edilib-(1,2,3,4,5)
9. Şagirdlərə müəllim tərəfindən konstruktiv rəy verilib-(1,2,3,4,5)
10. Refleksiya düzgün aparılıb-(1,2,3,4,5)
Bu şəkildə aparılan qiymətləndirmədən sonra komitə üzvlərinin distant müşavirəsi keçirilib. Görüşdə birgə razılaşdırılmış rəylə hər bir müəllimin topladığı bala 1-10 bal aralığnda onun video dərsinə virtual auditoriya tərəfindən verilmiş bəyənmə sayına əsasən ballar əlavə edilib. Müsabiqənin yekun nəticəsinə görə 10 məktəbdən olan 20 iştirakçı müəllimin reytinq sıralaması belə olub:
1. Ramilə Məmmədli- 387
2. Səkinə Verdiyeva- 369
3. Aybəniz Tanrıverdiyeva- 351
4. Nəzakət Əzizzadə - 334
5. Şəhla Yolçuyeva-333
6. Xanım Ələkbərova 323
7. Leyla Məmmədova- 320
8. Aytac İsmayılova-317
9.Fərqanə Mirzəyeva- 314
10. Şəlalə Səmədova-296
11. İradə Abdullayeva-292
12. Cəmilə Bədəlzadə -275
13. Rəsmiyyə Kərimova- 273
14. Gülüsüm Hacıyeva-271
15. Günay Qədirova- 260
16. Çiçək Daşdəmirova-253
17. Milana Baxşəliyeva- 228
18. Tamam Əzinova-211
19. Reyhan İmanova-209
20. Şahnaz Qasımova-185
Təltif mərasimində müsabiqəyə qatılmış 10 məktəbdən ( 7, 21, 55, 56, 57, 72, 74, 90, 96 və 170 nömrəli məktəblər) 20 nəfər iştirakçı, məktəb rəhbərləri, BŞTİ-nin əməkdaşı Şahanə Bağırova, müsabiqənin təşkilat komitəsinin üzvləri və iştirakçı məktəblərdən dəvət edilmiş qonaq müəllimlər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva müsabiqənin məqsədi, mahiyyəti, müəllimlərə qazandırdığı təcrübə mübadiləsi, müsabiqə ərzində yaradılmış elektron resurs platforması barədə qonaqlara məlumat verib. Daha sonra söz BŞTİ- nin əməkdaşı Şəhanə Bağırovaya verilib. Şahanə xanım öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirərək məktəblərin pedaqoji heyətləri arasında belə təcrübə mübadilələri üçün yaradılmış imkana görə əməyi olan hər kəsə təşəkkür edib.Təltifolunmadan öncə ikinci onluqda yer alan iştitakçı müəllimlərə uğurlu iştiraklarına görə sertifikatlar təqdim olunub. Sonra ilk onluqda yer almış müəllimlərin təltifi başlayıb.
21 nömrəli məktəbin müəllimi Leyla Məmmədova,
74 nömrəli məktəbin müəllimi Aytac İsmayılova,
55 nömrəli məktəbin müəllimi Fərqanə Mirzəyeva və 96 nömrəli məktəbin müəllimi Şəlalə Səmədova təşəkkürnamə ilə;
1-ci yerin qalibi olan 90 nömrəli məktəbin müəllimi Ramilə Məmmədli, 2ci yerin qalibləri-72 nömrəli məktəb- liseyin müəllimi Səkinə Verdiyeva və 57 nömrəli məktəbin müəllimi Aybəniz Tanrıverdiyeva və 3-cü yerin qalibləri-96 nömrəli məktəbin müəllimi Nəzakət Əzzizzadə, 7 nömrəli məktəbin müəllimi Şəhla Yolçuyeva və 96 nömrəli məktəbin müəllimi Xanım Ələkbərova diplomlarla təltif edilib. Diplomlar məktəb rəhbərləri tərəfindən təqdim olunub. Eyni zamanda mərasimdə qalib müəllimlərin dərslərindən fraqmentləri əks etdirən video roliklər nümayiş etdirilib. Sonda xatirə fotosu çəkilib.