Kiçik Akademiyanın ikinci yarım il üçün hesabat konfransı keçirilib

12.06.2023-cü il tarixində 96 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın dahi lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan təhsili" adlı hesabat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Akademiyanın prezidenti Nigar Süleymanova çıxışa başlamadan öncə Heydər Əliyevin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nigar Süleymanova Kiçik Akademiyanın nəzdində fəaliyyət göstərən kafedralar, onların vitse-prezidentləri, üzvləri və ikinci yarım il üçün həyata keçirilmiş fəaliyyətlər, aparılmış araşdırma və tədqiqat işlərinin istiqamətləri barədə ümumi məlumat verib. Daha sonra kafedraların təqdimatları dinlənilib. Təqdimatlar aşadadakı mövzuları əhatə edib:

1. Filologiya kafedrası- 1) Heydər Əliyevin Azərbaycan milli ədəbiyyatının inkişafında rolu. 2) Azərbaycanın ümummilli lideri Heydər Əliyevin idarəçilik siyasəti

2.Texniki fənlər kafedrası- 1)Siyasətdə ehtimal 2) Kiber təhlükəsizlik

3. Təbiət kafedrası- 1) Tükənən və tükənməyən enerji mənbələri

2) İmmuniteti möhkəmləndirən sistemlərdən maraqlı faktlar.

4. Humanitar fənlər kafedrası- 1) Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında rolu 2) Tarix yazan lider

Bir-birindən kreativ və əhatəli təqdimatlar dinləyicilər tərəfindən maraqla qarşılanıb. Sonda konfrans Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinə dəyərli tövsiyələrini və təhsilə olan diqqətini əks etdirən video materialın nümayişi ilə öz işini başa çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi