Su ehtiyatlarından səmərəli istifadə barədə maarifləndirici tədbir keçirilib

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Şagirlərlə bu mövzuda maarifləndirmə işinin təşkil edilməsinin də əsas səbəbi budur ki, uşaqlar sudan qənaətlə və doğru şəkildə istifadə etməyi öyrənsinlər. Məktəbin təşkilatçısı Nigar Süleymanova 08.06.2023-cü il tarixdə məktəbin akt zalında uşaqlarla bu mövzuda söhbət apararkən onlara mümkün qənaət üsulları və bunun vacibliyini şərtləndirən səbəblər haqqında ətraflı məlumat verib. Uşaqla mövzu ilə əlaqəli video material da təqdim edilib. Daha sonra şagirdlər suya qənaət etməyin maraqlı üsullarını əks etdirən təqdimatlar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi