30 iyun Ümumdünya İnsan Aıverinə qarşı Mübarizə Günüdür

BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.

Bununla əlaqədar məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi 08.06.2023-cü il tarixdə məktəbin akt zalında mövzu ətrafında müzakirə aparmaq üçün şagirdlərlə görüş keçirilib. Görüşdə məktəbin təşkilatçısı Nigar Süleymanova və məktəbin psixoloqu Sevinc Abdullayeva uşaqlara insan alveri haqqında geniş məlumat veriblər. Onlar şagirdləri məlumatlandıraraq vurğulayıblar ki,

insan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitələrdən istifadə edir, bu vasitələrlə öz qurbanlarını aldatmağa müvəffəq olurlar. Onlar daha çox qanunsuz işədüzəltmə firmaları, moda agentlikləri, internet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar və sairə vasitələrdən məharətlə istifadə edirlər. Eyni zamanda, tanışlar, qonşular, qohumlar tərəfindən gələcək qurbanlarına təkliflər göndərirlər. Bundan başqa, xarici agentliklər tərəfindən təkliflərlə də insanları aldatmağa nail ola bilirlər. Şagirdlərə izah olunub ki, bu alverin qurbanlarına çevrilənlər ilk öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xəttinə, bundan başqa səfirlik və konsulluqlara, Qeyri-Hökumət Təşkilatlarına, beynəlxalq təşkilatlara, dini qurumlara, tibb müəssisələrinə də vaxtında xəbər verə bilərlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi