"Narkomaniyaya yox deyək" adlı maarifləndirici görüş keçirilib

26 iyun Beynəlxalq Narkotiklərlə mübarizə günüdür. Bu günlə əlaqədar 07 06.2023-cü il tarixdə məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə şagirdləri məlumatlandırmaq məqsədi ilə onlarla görüş təşkil edilib. Məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloqu Sevinc Abdullayeva təhsilalanlara narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə metodları barədə məlumat veriblər. Çıxış edənlər şagirdlərə izah ediblər ki, yeniyetmə və gənclərin sağlam həyat tərzinin yeganə yolu mənəvi saflıq və fiziki sağlamlıqdır. Uşaqlara müraciət edərək: "Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Bu bəlaya düçar olmuş və ondan əziyyət çəkən vətəndaşlarımızı isə cəmiyyətdən təcrid etməyək, əksinə onlara öz yardım əlimizi uzadaq." deyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi