Təqaüd yaşına çatmış müəllimlərimizlə görüş keçirilib

07.06.2023-cü il tarixdə 96 nömrəli məktəbin rəhbərliyi bu tədris ilinin sonunda yaşa görə təqaüdə çıxmağa, məktəbdən ayrılmağa hazırlaşan 96 ailəsinin 3 əməkdarı ilə görüş keçirib. İlk öncə məktəbin ibtidai sinif müəllimi Məhbubə Kazımovaya həmkarları və rəhbərliyin ürək sözləri ünvanlanıb. Daha sonra riyaziyyat müəllimlərinin əhatəsində məktəbin riyaziyyat müəllimləri İsmətxanım Həmzəyeva və Gümüş Şəfiyeva ilə duyğulu anlar yaşanıb. Həyatının böyük bir hissəsini, ömrünün ən yaddaqalan illərini 96 nömrəli məktəbin sinif otaqlarında, dəhlizlərində , müəllimlər otağında keçirmiş bu ziyalı, müəllimliyin haqqını əməkləri, öz yetirmələri ilə vermiş bu fədakar təhsil fədailəri rəhbərlik tərəfindən uzun illər 96 nömrəli məktəbdə həyata keçirdikləri səmərəli pedaqoji fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunublar. Görüş çay süfrəsi arxasında səmimi söhbət formatında davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi