"Biliyini paylaş" layihəsində iki müəllimimiz fərqlənənlərdən olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə bu tədris ilində təşkil edilmiş "Biliyini paylaş" layihəsinə 96 nömrəli tam orta məktəbin iki müəllimi də qoşulmuşdur. Məktəbimizin əməkdar fizika müəllimi Sevda Əsgərli "Oynayaraq öyrənək", ibtidai sinif müəllimi Lalə Mustafayeva isə "Layihə əsaslı dərslərdə qiymətləndirmə üsulları" adlı metodiki ideya ilə "Biliyini paylaş" layihəsinin iştirakçıları olub. Sevindirici haldır ki, hər iki müəllimimiz layihənin qalib müəllimləri kimi təltifolunma mərasiminə dəvət olunaraq, diplomlarla təltif olunublar. Bu seminarlarda iştirak edən və layihə rəhbərlərinin təcrübələrindən faydalanan digər müəllimlərimiz - Çiçək Daşdəmirova, Xanım Ələkbərova, Ceyran İsayeva, Təranə Möhsünova və Fəridə İsgəndərli isə təşəkkürnamə ilə təltif olunublar. Məktəb rəhbərliyi qalib müəllimlərimizlə görüşüb, onları təbrik edib,uğurlar arzu edib.Müəllimlərlə xatirə fotosu çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi