1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16856169726478794c3f4583.77665909.jpg)
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Uşaqlar bizim sabahımızdır. Bu gün onların günü olduğu üçün biz də sevinclərinə şərik olmaq istədik. Meydanı onlara verdik. Əvvəlcə məktəb həyətində master klass keçən körpə fidanlar öz proqramlarına bədii hissə ilə davam ediblər.Onları izləmək həm müəllimlərə, həm də valideynlərə böyük bir zövq verib.
Tədbirin təşkilatçıları məktəbin ibtidai sinif müəllimləri Xanım Ələkbərova, Lalə Mustafayeva və Ceyran İsayeva olub. Hər üç müəllimə məktəb rəhbərliyi adından təşəkkür edirik.