""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsi yekunlaşıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/168559294164781b6d8d6f61.63315895.jpg)
BŞTİ-nin müvafiq razılığı və 96 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilən ""Heydər Əliyev ilinin ən yaxşı dərsi" müsabiqəsinin artıq 3 mərhələsi də başa çatıb. Müsabiqənin 1-ci mərhələsi qeydiyyat mərhələsi, 2-ci mərhələsi isə video dərslərin qəbulu və yaradılmış "Ən yaxşı dərs" youtube kanalına yüklənməsi mərhələsi olmuşdur. Son mərhələ isə qoyulmuş meyarlar əsasinda təşkilat komitəsinin üzvlərinin hər bir dərsi qiymətləndirməsi və onların verdiyi balla sosial şəbəkədə dərslərin topladığı bəyənmə sayına görə müəyyən edilən balın toplanaraq müəllimlərin reytinq sıralamasının müəyyən edilməsi olmuşdur. Qiymətləndirmə mərhələsində yaradılmış təşkilat komitəsinin 10 üzvü əvvəlcə bütün video dərsləri diqqətlə izləyərək müəyyən qeydlər aparıblar. Son gündə isə hər bir komitə üzvü onlayn qiymətləndirmə forması vasitəsi ilə 10 müəllimin hər birini 10 meyarla-hər meyarı 1-5 bal aralığında ballandırmaq şərti ilə qiymətləndirib. Bu qiymətləndirmədə hər hansı bir müəllimin maksimum qazana biləcəyi bal 50, minimum toplaya biləcəyi bal isə 10 olub. Dərslər aşağıdakı meyarlar əsasında qiymətləndirilib:
1.Təlim məqsədi standarta uyğundur-(1,2,3,4,5.)
2.Qiymətləndirmə meyarları məqsədə uyğundur və səviyyələndirilib-(1,2,3,4,5)
3.Tapşırıqlar məqsədə uyğundur-(1,2,3,4,5)
4.Təlim forması məqsədə uyğun seçilib-(1,2,3,4,5)
5.Təlim üsulu məqsədə uyğun seçilib-(1,2,3,4,5)
6.Təlimdə bərabər imkanlar yaradılıb-(1,2,3,4,5)
7.Şagird-şagird, şagird-müəllimi əməkdaşlığı faydalı qurulub-(1,2,3,4,5)
8.Vaxtdan və resurslardan düzgün, səmərəli istifadə edilib-(1,2,3,4,5)
9.Şagirdlərə müəllim tərəfindən konstruktiv rəy verilib-(1,2,3,4,5)
10.Refleksiya düzgün aparılıb-(1,2,3,4,5)
Bu şəkildə aparılan qiymətləndirmədən sonra komitə üzvlərinin distant müşavirəsi keçirilib. Görüşdə birgə razılaşdırılmış rəylə hər bir müəllimin topladığı bala 1-10 bal aralığında onun video dərsinə virtual auditoriya tərəfindən verilmiş bəyənmə sayına əsasən ballar əlavə edilib:
Bəyənmə sayına görə sıralama belə müəyyənləşdirilib:
1. Cəmilə Bədəlzadə- 57 nömrəli məktəb- 905 bəyənmə- 10 bal
2. Səkinə Verdiyeva- 72 nömrəli məktəb-lisey- 706 bəyənmə- 9 bal
3. Ramilə Məmmədli- 90 nömrəli məktəb- 574 bəyənmə- 8 bal
4. Aytac İsmayılova- 74 nömrəli məktəb- 515 bəyənmə -8 bal
5. Reyhan İmanova- 170 nömrəli məktəb- 440 bəyənmə- 7 bal
6. Xanım Ələkbərova-96 nömrəli məktəb- 301 bəyənmə- 6 bal
7. Fərqanə Mirzəyeva-55 nömrəli məktəb- 289 bəyənmə- 5 bal
8. Şahnaz Qasımova -170 nömrəli məktəb- 264 bəyənmə- 5 bal
9. Tamam Əzimova- 170 nömrəli məktəb- 248 bəyənmə- 5 bal
10. Çiçək Daşdəmirova- 96 nömrəli məktəb- 204 bəyənmə- 5 bal
11.Leyla Məmmədova- 21 nömrəli məktəb-182 bəyənmə- 4 bal
12. Şəhla Yolçuyeva- 7 nömrəli məktəb- 153 bəyənmə- 4 bal
13. Milana Baxşəliyeva-170 nömrəli məktəb- 149 bəyənmə- 4 bal
14. İradə Abdullayeva- 56 nömrəli məktəb- 142 bəyənmə- 4 bal
15. Nəzakət Əzizzadə- 96 nömrəli məktəb- 109 bəyənmə- 4 bal
16. Günay Qədirova-56 nömrəli məktəb- 80 bəyənmə- 3 bal
17. Rəsmiyyə Kərimova- 55 nömrəli məktəb- 73 bəyənmə-3 bal
18. Şəlalə Səmədova- 96 nömrəli məktəb- 69 bəyənmə- 3 bal
19. Aybəniz Tanrıverdiyeva- 57 nömrəli məktəb - 47 bəyənmə- 2 bal
20. Gülüsüm Hacıyeva- 55 nömrəli məktəb- 24 bəyənmə- 2 bal
Təşkilat Komitəsinin 10 üzvünün verdiyi bal sıralaması isə belə olub:
1.Ramilə Məmmədli- 379
2.Səkinə Verdiyeva- 360
3.Aybəniz Tanrıverdiyeva- 349
4.Nəzakət Əzizzadə - 330
5.Şəhla Yolçuyeva-329
6.Xanım Ələkbərova 317
7.Leyla Məmmədova- 316
8.Aytac İsmayılova-299
9.Fərqanə Mirzəyeva- 299
10.Şəlalə Səmədova-293
11.İradə Abdullayeva-288
12.Rəsmiyyə Kərimova-270
13.Gülüsüm Hacıyeva-269
14.Cəmilə Bədəlzadə-265
15.Günay Qədirova- 257
16.Çiçək Daşdəmirova-248
17.Milana Baxşəliyeva- 224
18.Tamam Əzimova-206
19.Reyhan İmanova-202
20.Şahnaz Qasımova-180
Hər iki nəticə toplandıqdan sonra alınan nəticələrə görə dərslərin və müəllimlərin reytinq sıralaması belə çıxarılıb:
1.Ramilə Məmmədli- 387
2.Səkinə Verdiyeva- 369
3.Aybəniz Tanrıverdiyeva- 351
4.Nəzakət Əzizzadə - 334
5.Şəhla Yolçuyeva-333
6.Xanım Ələkbərova 323
7.Leyla Məmmədova- 320
8.Aytac İsmayılova-317
9.Fərqanə Mirzəyeva- 314
10.Şəlalə Səmədova-296
11.İradə Abdullayeva-292
12.Rəsmiyyə Kərimova-273
13.Cəmilə Bədəlzadə-275
14.Gülüsüm Hacıyeva-271
15.Günay Qədirova- 260
16.Çiçək Daşdəmirova-253
17.Milana Baxşəliyeva- 228
18.Tamam Əzimova-211
19.Reyhan İmanova-209
20.Şahnaz Qasımova-185
Yekunda ən çox bal toplamış 10 müəllim- yer və təşəkkürnamə nominasiyasına görə qalib olub:
1-ci yerin qalibi 90 nömrəli məktəbin müəllimi Ramilə Məmmədli
2ci yerin qalibləri: 72 nömrəli məktəb- liseyin müəllimi Səkinə Verdiyeva və 57 nömrəli məktəbin müəllimi Aybəniz Tanrıverdiyeva
3-cü yerlərin qalibləri: 96 nömrəli məktəbin müəllimi Nəzakət Əzizzadə, 7 nömrəli məktəbin müəllimi Şəhla Yolçuyeva və 96 nömrəli məktəbin müəllimi Xanım Ələkbərova.
Təşəkkürnamə ilə təltif olunacaq müəllimlər:
21 nömrəli məktəbin müəllimi Leyla Məmmədova
74 nömrəli məktəbin müəllimi Aytac İsmayılova
55 nömrəli məktəbin müəllimi Fərqanə Mirzəyeva
96 nömrəli məktəbin müəllimi Şəlalə Səmədova
56 nömrəli məktəbin müəllimi İradə Abdullayevaya, 55 nömrəli məktəbin müəllimi Rəsmiyyə Kərimovaya, 57 nömrəli məktəbin müəllimi Cəmilə Bədəlzadəyə, 55 nömrəli məktəbin müəllimi Gülüsüm Hacıyevaya, 56 nömrəli məktəbin müəllimi Günay Qədirovaya, 96 nömrəli məktəbin müəllimi Çiçək Daşdəmirovaya və 170 nömrəli məktəbin müəllimləri Milana Baxşəliyevaya, Tamam Əzimovaya, Reyhan İmanovaya və Şahnaz Qasımovaya uğurlu və cəsarətli addımları, müsabiqədə iştirakları üçün təşəkkür edirik. Onlara diplomlar təqdim edilməsi nəzərdə tutulub.
Təltif mərasiminin vaxtı və yeri elan ediləcək. 20 nəfər iştirakçının hər biri bu tədbirdə iştirak edəcək. Müsabiqədə müəllimləri iştirak etmiş 10 məktəb rəhbəri də müəllimləri ilə birgə təltifi izləyəcəklər. BŞTİ-nin bu sahə üzrə məsul əməkdaşlarının da mərasimdə iştirakı gözlənilir.10 nəfər qalib müəllim tədbirdə nümayiş etdirmək üçün dərslərin video materialları əsasında iki dəqiqəlik video rolik hazirlayacaq. Orada məktəbin adı, müəllimin adı, soyadi, fənni, mövzusu, dərsin təşkil edildiyi sinif və dərsdən maraqlı anlar əks olunacaq.
Bu müsabiqə müəllimlərə nə qazandırdı?
Bu müsabiqə müəllimlərə istənilən zaman daxil olub həmkarlarının nümunə dərslərini izləyə biləcəyi və bu dərslərdən metodiki cəhətdən yararlana biləcəyi bir veb platforma qazandırdı. Eyni zamanda onlara özünüinkişaf üçün şərait yaratdı. Müsabiqə vasitəsi ilə nəinki 10 məktəb müəllimlərinin eləcə də virtual aləmdə müsabiqəni izləyən yüzlərlə pedaqoji kadrların təcrübə mübadiləsi baş tutdu.