Müsabiqənin qiymətləndirmə mərhələsi başlayıb
BŞTİ-nin müvafiq razılığı və 96 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilən ""Heydər Əliyev ilinin ən yaxşı dərsi" müsabiqəsinin artıq 2 mərhələsi başa çatıb. Müsabiqənin 1-ci mərhələsi qeydiyyat mərhələsi, 2-ci mərhələsi isə video dərslərin qəbulu və yaradılmış "Ən yaxşı dərs" youtube kanalına yüklənməsi mərhələsi olmuşdur. Bu həftə müsabiqənin qiymətləndirmə mərhələsinə start verilib. Qiymətləndirmə mərhələsində yaradılmış təşkilat komitəsinin 10 üzvü əvvəlcə bütün video dərsləri diqqətlə izləyərək müəyyən qeydlər aparacaqlar. Bazar günü isə hər bir komitə üzvü onlayn qiymətləndirmə forması vasitəsi ilə 10 müəllimin hər birini 10 meyarla-hər meyarı 1-5 bal aralığında ballandırmaq şərti ilə qiymətləndirəcəklər. Bu qiymətləndirmədə hər hansı bir müəllimin maksimum qazana biləcəyi bal 50, minimum toplaya biləcəyi bal isə 10-dur. Bu şəkildə aparılan qiymətləndirmədən sonra komitə üzvlərinin distant müşavirəsi keçiriləcək və məktəb rəhbərləri də bu görüşə qoşulacaq. Görüşdə birgə razılaşdırılmış rəylə hər bir müəllimin topladığı bala 1-10 bal aralığında onun video dərsinə virtual auditoriya tərəfindən verilmiş bəyənmələr, olan baxış sayı və yazılmış rəylərə əsasən ballar əlavə ediləcək.Yekunda ən çox bal toplamış 6 müəllim-3 yer və 3 təşəkkürnamə nominasiyasına görə qalib olacaq. Müsabiqəyə qatılmış bütün müəllimlərə uğur arzu edirik. Layiq olan qazansın!