Rəqəmsal BSQ-lərə start verilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/168509339464707c124268e7.77787388.jpg)
Ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmənin keçirilməsi barədə BŞTİ-nin müvafiq təlimatı və 96 nömrəli məktəbin 18.04.2023-cü il tarixli 371 nömrəli daxili əmrinə əsasən məktəbin V və VI siniflərində elektron təşkil edilməsi nəzərdə tutulan Böyük Summativ Qiymətləndirmələr öncədən müəyyən edilmiş cədvəl əsasında növbəli şəkildə İKT ilə təchiz edilmiş informatika kabinetlərində keçirilməyə başlanılıb. BSQ-lərin hazırlanması, sistemə yüklənməsi və keçirilməsi birbaşa məktəb rəhbərliyinin nəzarəti və təşkilatçılığı ilə reallaşdırılıb. V və VI sinif paralelində 7 sinifdə komplektləşdirilmiş 185 şagirddən yalnız 2 nəfəri üzürlü səbəbdən BSQ-lərdə iştirak etməyib. Bu şagirdlər üçün 2 həftə ərzində yeni qiymətləndirmə vəsaiti tətbiq etməklə BSQ təşkil edilməsi planlaşdırılıb. BSQ-lər V siniflərdə Ana dili, Riyaziyyat, İngilis dili və Təbiət fənlərindən, VI siniflərdə isə Ana dili, Riyaziyyat, İngilis dili və Coğrafiya fənlərindən təşkil edilib.