Nizam-İntizam Şurasının növbəti iclası keçirilib
"Şagird davranış qaydaları"nın pilot olaraq tətbiq edildiyi məktəblərdən biri kimi 96 nömrəli tam orta məktəbdə bu çərçivə sənədinin təlimata uyğun və effektiv tətbiq edilməsi məsələsi rəhbərlik tərəfindən davamlı diqqətdə saxlanılır. 16.05.2023-cü il tarixdə ayın ilk yarısında görülmüş işlərin dəyərləndirilməsini aparmaq məqsədi ilə NİŞ-in növbəti toplantısı olub. Qeydiyyat sənədləri, aparılmış korreksiyaedici tədbirlər, doldurulmuş özünürefleksiya vərəqləri və atılmış addımların doğurduğu cavab reaksiyaları əsaslı təhlil edilib, iş planları gözdən keçirilib.