Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları məktəbimizdə olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16842590286463c0d4bf94c0.75543294.jpg)
Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin akademik məsləhətçisi Sevinc Dadaşzadə və kafedra müəllimi Cavid Məmmədov məktəbimizdə olublar. Məktəbin akt zalında təşkil edilən görüşdə universitetin əməkdaşları IX, X və XI sinif şagirdləri ilə məlumatlandırıcı söhbət aparıblar. Görüşun məqsədi şagirdləri universitetin infrastrukturu, maddi-texniki bazası, fakultələri, proqramları ilə tanış etmək, onlara gələcək uğurlu ali məktəb seçimlərində dəstək olmaq olub.