"Şagird davranış qaydaları"nın tətbiqi istiqamətində işlər davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı çərçivə sənədinin pilot olaraq tətbiq edildiyi 64 məktəbdən biri kimi 96 nömrəli məktəbdə bu istiqamətdə görülən işlər günbəgün təkmilləşdirilir.15.05.2023-cü il tarixdə şagirdlərdə pilləkənlərdən düzgün istifadə vərdişlərini möhkəmləndirmək məqsədi ilə pillələrə düşmə və çıxma nişanları vurulub. Bu nişanların tətbiqi şagirdlərin tənəffüs zamanı təhlükəsiz hərəkətini təmin etmək baxımından da əlverişli qərar olub.