""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinin ikinci turu yekunlaşmaq üzrədir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/168404874064608b6432daa8.65941559.jpg)
BŞTİ-nin müvafiq razılığı, 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə müəllimlərin peşəkar inkişafını təmin etmək, onların metodik kompetensiyalarını təkmilləşdirmək, qabaqcıl təcrübənin öyrənilməsi və paylaşılması məqsədi ilə Bakı şəhərinin 10 məktəbi ( 96, 74, 72, 56, 57, 55, 90, 170, 7 və 21) arasında keçirilən ""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinin ikinci mərhələsi də yekunlaşmaq üzrədir. Artıq müsabiqə üçün müvafiq olaraq "Ən yaxşı dərs" adlı youtube kanalı açılıb və qeydiyyatdan keçmiş 28 müəllimin dərslərinin video qeydləri admin tərəfindən bir-bir qəbul edilərək platformaya yüklənir. Müsabiqə üçün qeydiyyatdan keçənlərin yekun sayı və tərkibi aşağıdakı kimidir:
1. 96 nömrəli tam orta məktəbdən 5 müəllim - 1)Şəlalə Səmədova- coğrafiya- mövzu:"İqtisadi fəaliyyət"; 2) Nəzakət Əzizzadə- tarix- mövzu: "Albaniya Sasanilər imperiyasının tərkibində"; 3)Xanım Ələkbərova- ibtidai- mövzu:"Yöndəmsiz timsah"; 4)Təranə Möhsünova-ibtidai- mövzu:"Felin zamanları"
5) Çiçək Daşdəmirova-ibtidai- mövzu:" Perimetr və sahə"
2. 72 nömrəli məktəb- liseydən 3 müəllim -1)Damla Həsənzadə-tarix-mövzu:"Gülüstan müqaviləsi"; 2)Səkinə Verdiyeva-biologiya-mövzu: "Quşlar sinfi"
3) Aygül Əfəndiyeva-tarix-mövzu:"Yunanıstan"
3. 57 nömrəli tam orta məktəbdən 2 müəllim
-1) Cəmilə Bədəlzadə-ingilis dili-mövzu: "Garabakh horses in the past and now"; 2) Aybəniz Tanrıverdiyeva-Tarix- mövzu:" Dövlət müstəqilliyinin möhkəmləndirilməsi" ;
4. 56 nömrəli tam orta məktəbdən 2 müəllim- 1) İradə Abdullayeva-ibtidai-mövzu: "Heydər Əliyev 100 il"; 2) Günay Qədirova-ibtidai- mövzu:"Azərbaycan-qəhrəmanlar diyarı"
5. 74 nömrəli tam orta məktəbdən 1müəllim - Aytac İsmayılova-riyaziyyat- mövzu:"Mümkün hallar, əlverişli hallar. Ehtimal"
6. 7 nömrəli tam orta məktəbdən 1müəllim- Şəhla Yolçuyeva-riyaziyyat-mövzu: "Araşdırma məsələləri"
7. 21 nömrəli tam orta məktəbdən 2 müəllim 1) Leyla Məmmədova-tarix- mövzu: "Qurtuluş hərəkatı"
2) Amid Məmmədov- Azərbaycan dili-mövzu: " Mete xaqan"
8. 90 nömrəli tam orta məktəbdən 1 müəllim- Ramilə Məmmədli-coğrafiya- mövzu: "Dövlətin idarəetmə formaları"
9. 170 nömrəli tam orta məktəbdən 7 müəllim- 1) Milana Baxşəliyeva-riyaziyyat- mövzu: "Bərabəryanlı üçbucaq"; 2) Aygün Abbasova -Azərbaycan dili- mövzu: "Afina və Araxna"; 3) Gülmirə Allahverdiyeva- fiziki tərbiyə- mövzu:"Çeviklik qabiliyyətinin təkmilləşdirilməsi"; 4); Tamam Əzimova- ibtidai- mövzu: "Gün, həftə, ay"; 5) İlkanə Süleymanova - informatika- mövzu:"Komputer şəbəkələri"
6)Şahnaz Qasımova-musiqi- mövzu:"Bəstəkar və mahnı"
7) Reyhan İmanova- həyat bilgisi- mövzu:"Ekologiya"
10. 55 nömrəli tam orta məktəbdən 4 müəllim-
1) Şəmsiyyə Quliyeva-Azərbaycan dili- mövzu: "Mərhəmətli qız", 2) Fərqanə Mirzəyeva-Azərbaycan dili- mövzu:"Çinar. Xan çinar"; 3) Rəsmiyyə Kərimova- ədəbiyyat- mövzu:""Türkün nəğməsi" əsərinin təhlili üzrə iş"; 4) Gülsüm Hacıyeva-coğrafiya- mövzu:" Fəsillərin dəyişməsi"
Dərslərin qiymətləndirilməsi üçün yaradılmış təşkilat komitəsinin tərkibi aşağıdakı kimidir:
1. Könül Təhməzova- 7 nömrəli məktəb
2. Könül Hüseynova - 56 nömrəli məktəb
3.Sevinc Süleymanova- 170 nömrəli məktəb
4. Rəna- Əliyeva- 72 nömrəli
məktəb- lisey
5. Məlahət Balakişiyeva- 74 nömrəli məktəb
6. Leyla Əhmədova- 55 nömrəli məktəb
7. Mahirə Rüstəmova - 96 nömrəli tam orta məktəb
8.Səadət Bağırova - 21 nömrəli məktəb
9. Xuraman Abdullayeva - 57 nömrəli məktəb
10. Günel Cəfərova - 90 nömrəli məktəb
Dərslərin qiymətləndirilməsi üçün müəyyən edilmiş meyarlar belədir:
1.Dərsin məzmunu
1.1.Standarta uyğun məqsədin seçilməsi
1.2.Məqsədin aydın və ölçülə bilən olması.
1.3.Məqsədə uyğun qiymətləndirmə meyarlarının seçilməsi.
2.Dərsin idarə olunması.
2.1.Tapşırıqların məqsədə uyğun seçilməsi.
2.2.Təlim üsulunun və təlim formasının dərsin məqsədinə uyğunluğu.
2.3.Təlimdə bərabər imkanların yaradılması(hər şagirdin prosesə cəlb edilməsi,
inkluzivliyin təmin edilməsi,
əlçatanlıq)
2.4.Şagirdlərin əməkdaşlığa cəlb edilməsi(qrup,cüt,
fərdi-müzakirə,
debat,təhlil və s.)
3.Qiymətləndirmə.
3.1.Qiymətləndirmə meyarının səviyyələndirilməsi
3.2.Dərs boyu rəyvermənin təmin olunması.
3.3.Konstruktiv və inkişafa yönəlik rəylərin verilməsi(rəyə əsasən şagird səhvini anlamalı və çıxış yolunu müəyyənləşdirə bilməlidir)
3.4.Refleksiya.
Şagird özünü qiymətləndirməsi və ya qrup işinin qiymətləndirilməsi.
(məqsədə nə qədər nail olunduğundan əmin olmanın ölçülməsinin
müxtəlif formalarda aparılması).
Videolar admin tərəfindən https://youtube.com/@EnyaxsdersPlatformas- bu youtube hesabına yüklənir. Dərs nümunələrini izləmək üçün bu linklə kanala daxil olub, abunə olmaq lazımdır. Video dərslərin topladığı bəyəni sayı və yazılmış müsbət rəylər qiymətləndirmə zamanı nəzərə alınacaq. Növbəti həftədən müsabiqənin 3-cü mərhələsinə - qiymətləndirmə mərhələsinə start verilir. Bütün iştirakçılara uğurlar arzu edirik!