Dünənim, bu günümsən, səninlədir gələcək!

Düz 100 il əvvəl 1923-cü ilin 10 may tarixində Azərbaycan səmalarında bir günəş doğdu. Tanrı xalqımıza bir ərmağan nəsib etdi. Həmin gün Azərbaycanı həyatından çox sevəcək və öz ömrünü vətən üçün fəda edecek, müasir Azərbaycanın qurucusu, memarı olacaq, onun adını ən uca kürsülərdə səsləndirəcək Vətən oğlu doğuldu.

Ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötüb. Bu gün Azərbaycanın hər yerində, bütün müəssisələrdə, məkanlarda, evlərdə Heydər Əliyevin əziz xatirəsi hörmətlə və məhəbbətlə anılıb. 96 nömrəli tam orta məktəbdə də səhər növbəsində dərs başlamadan öncə, Ulu Öndərin ruhu bir dəqiqəlik sükütla yad edilib. Məktəbin direktoru Mehriban Hacıyeva şagirdlərə dahi liderin vətəninə göstərdiyi saysız hesabsız xidmətlərdən, onun xalqının rifahı, işıqlı gələcəyi üçün atdığı cəsarətli addımlardan söz açıb. Uşaqları məhz Heydər Əliyevi örnək almağa, vətəni onun kimi sevməyə səsləyib. Şagirdlərə elm öyrənməyi, vətənin adını hər yerdə, hər zaman, həm intellektləri, həm də möhkəm əqidələri ilə ucaltmağı tövsiyə edib. Daha sonra Heydər Əliyevə həsr edilmiş şeirlər və mahnılar ifa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi