"Tarix yazan şəxsiyyət" adlı intellektual yarış keçirilib

10.05.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Tarix yazan şəxsiyyət" adlı intellektual yarış keçirilib. Yarış IX sinif şagirdləri arasında təşkil edilib. Sualların mövzusu Heydər Əliyevin gördüyü işlər, keçirdiyi islahatlar, apardığı uğurlu daxili və xarici siyasət olub. Yarış boyu komandalar arasında əsl rəqabət və mübarizə ruhu hiss edilib. Bu böyük şəxsiyyətin, bu əvəzsiz dövlət xadiminin fəaliyyətini əks etdirən və onun əziz xatirəsinə həsr edilmiş bu yarışda hər bir şagird qalib olmaq üçün əlindən gələni edib. Mübarizə IX "A" sinfinin şagirdlərindən ibarət komandanın qələbəsi ilə başa çatıb. Qalib şagirdlər diplomlarla təltif edilib.Yarışın təşkilatçıları məktəbin tarix müəllimi Nəzakət Əzizzadə və direktor müavini Nigar Süleymanova olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi