Valideyn, şagird və müəllimlərlə birgə iməclik keçirilib

"Heydər Əliyev ili" və BŞTİ-nin "Ailəm və məktəbim " layihəsi çərçivəsində 06.05.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin həyətyanı sahəsində müəllim, şagird və valideynlərin iştirakı ilə iməclik keçirilib. Məktəb üçbucağı daxilində birgə əmək sayəsində məktəbin həyətyanı sahəsi tullantılardan və alaqdan təmizlənib, torpaq yumşaldılıb, ağacların dibi əhənglə ağardılıb, yeni ağac və gül kolları əkilib, qurumuş budaqlar budanıb, yaşıllıq ərazi sulanıb, meydançada yerdən çəkilmiş məlumat nişanları rənglənib və məktəb həyəti canlandırılıb. Məktəb rəhbərliyi və texniki heyət də iməcliyə qatılıb. İməcliyə qoşulan hər kəs həvəslə və ürəklə işlərə dəstək verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi