Valideyn komandaları ilə şagird komandaları "Kim daha güclüdür?" adlı breyn-rinqdə yarışıblar

BŞTİ-nin "Ailəm və məktəbim" layihəsi çərçivəsində 05.05.2023-cü il tarixdə 96 nömrəli məktəbdə valideyn icmasının nümayəndələrindən təşkil edilmiş komandalar ilə şagird kontingentindən təşkil edilmiş komandalar yarışıb. "Kim daha güclüdür?" adlı breyn-rinqdə öncə puşkatma keçirilib. Püşkatma nəticəsində 1-ci, 2-ci və 3-cü turda qarşılaşacaq komandalar müəyyən edilib.1ci turda 10 və 11-ci sinif şagirdlərindən ibarət olan "Torpaq" komandası ilə valideynlərin "Kreativlər" komandası yarışıb. Bu mərhələ "Kreativlər"in qələbəsi ilə bitib. 2-ci turda şagirdlərin "Təbiət" komandası ilə valideynlərin "Diplomatlar" komandası yarışıb. 2-ci turun qalibi "Diplomatlar" olub. 3-cü turda şagirdlərin "Şuşa qartalları" komandası ilə valideynlərin "Novatorlar" komandası qarşılaşıb. Bu turun isə qalibi "Novatorlar" olub. Finalda 3 qalib komandadan xal hesabı ilə ən çox xal toplamış iki komanda-"Diplomatlar" və "Kreativlər" komandaları yarışıblar. Yarışın qalibi isə valideynlərdən təşkil edilmiş "Kreaativlər" komandası olub. Müsabiqə müddətində tamaşaçılar üçün də yarış nominasiyası keçirilib. Qalib komandanın hər bir üzvü məktəbin direktoru tərəfindən diplomlarla təltif olunub. Breyn-rinq qızğın mübarizə şəraitində keçib. Valideynlər və şagirdlər tədbir haqda xoş təəssüratlarını bölüşüblər. Tədbirdən sonra valideynlərlə xatirə fotosu çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi