"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "XX əsr tarixinin ən parlaq şəxsiyyəti" adlı vəsait hazırlanıb

96 nömrəli tam orta məktəbin VI "A" sinif şagirdi Yağmur Abdullazadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edillmiş "XX əsr tarixinin ən parlaq şəxsiyyəti" adlı vəsait hazırlayıb. Yağmur tarix müəllimi Nəzakət Əzizzadənin və ədəbiyyat müəllimi Nailə Səfərovanın köməkliyi ilə hazırladığı bu vəsaitdə dahi liderin gənclik illərindən başlayaraq bütün ömür yolunu, siyasi fəaliyyətini əks etdirən materialları toplamağa çalışıb. Vəsait Bakı Şəhər Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsi və "Heydər Əliyev ili" çərçivəsində hazırlanıb. 04.05.2023- cü il tarixdə Məktəb kitabxanasında VI "A" sinfinin şagirdləri, məktəbin kitabxana müdiri və kitabxanaçısının, eləcə də direktor müavinlərinin, Azərbaycan İstiqlal Muzeyinin əməkdaşının və məktəbin direktorunun iştirakı ilə vəsaitin təqdimatı təşkil edilib. Təqdimat tədbiri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin və Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhunun anılması ilə başlayıb. Daha sonra Yağmur Abdullazadənin və VI "A" sinif şagirdlərinin Heydər Əliyev irsi barədə hazırladıqları təqdimat izlənilib. Tədbirdə məktəbin direktoru və qonaqların çıxışları dinlənilib.Sonda vəsaitin nüsxələri məktəb kitabxanasına və İstiqlal Muzeyinə hədiyyə edilib.