Şəhid anası ilə şagirdlərin görüşü keçirilib

03.05.2023-cü il tarixdə məktəbimizin kitabxanasında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində doğulmuş, böyümüş, qonşuluqda yerləşən 94 nömrəli tam orta məktəbdə təhsil almış və 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş igidimiz Ceyhun Salıyevin anası Sədaqət Salıyeva ilə yuxarı sinif şagirdlərimizin görüşü keçirilib. Görüş şəhidimizin mövludu ərəfəsində baş tutub. Yaşasaydı 20.05.2023-cü ildə 28 yaşını tamam edəcək olan şəhidimizin ağsaçlı anası şagirdlərimizə onun uşaqlıq, gənclik, tələbəlik və əsgərlik xatirələri barədə danışb. Onun cəsurluğundan, igidliyindən söz açıb. Sonda şəhid anası Ceyhun haqqında yazılmış kitabı məktəb kitabxanasına hədiyyə edib və şagirdlərimizlə xatirə fotosu çəkdirib.

44 günlük müharibənin 4-cü günü, saat 4-də Fizuli cəbhəsində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olan igidimiz Ceyhun Salıyevin ruhunu hörmətlə anırıq və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi