"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çərçivə sənədinin tətbiqi vəziyyəti ilə bağlı şagirdlər arasında yazılı sorğu keçirilib
Çərçivə sənədinin tətbiq edildiyi pilot məktəblərdən biri olan 96 nömrəli tam orta məktəbdə NİŞ-in üzvləri tərəfindən şagirdlər arasında yazılı sorğu aparılıb. Sorğunun məqsədi bu sənədin mahiyyətinin şagirdlər tərəfindən qavranılma səviyyəsini ölçmək, görülmüş işlərin məktəb mühitində yaratdığı effekt dərəcəsini müəyyən etmək olub. Sorğunun nəticələri Şura üzvləri tərəfindən təhlil edilib. Yekun təhlilə görə iş planında müvafiq zəruri dəyişikliklər edilib.