Şagird davranış qaydalarına əməl edək, təhlükəsiz və xoşbəxt məktəb qazanaq!
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı çərçivə sənədinin tətbiqinə başlandıqdan sonra məktəbimizin təlim-tərbiyə mühitində əsaslı müsbət dəyişikliklər nəzərə çarpıb. Şagirdlərin geyimində, davranışında, müəllimlərə, rəhbərliyə münasibətində, akademik nəticələrində bu dəyişiklik aydın şəkildə özünü büruzə verir. Valideynlərdə yaranmış məsuliyyət hissi, şagirdlərdə korreksiyaedici tədbirlərə cəlb edilməmək cəhdləri, yaşıl kart uğurunda sağlam mübarizə bu qənaəti bir daha təsdiq edir.