Pedaqoji heyətlə "Şagird nailliyyəti və qiymətləndirmə" mövzusunda metodiki seminar keçirilib
01.05.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında məktəbin direktoru Mehriban Hacıyeva pedaqoji heyətlə "Şagird nailiyyəti və qiymətləndirmə" mövzusunda metodiki seminar keçirib. Seminarda müasir dərsdə təlim məqsədinin müəyyənləşdirilməsi, məqsəddən qiymətləndirmə meyarlarının çıxarılması, məqsədin reallaşdırılmasına xidmət edən üsul və formalarının seçilməsi,dərsin və dərs üçün ayrılmış zamanın idarə edilməsi, şagirdlər üçün dəstəkləyici mühitin yaradılması, məktəbdaxili qiymətləndirmənin təşkili və əhəmiyyəti, sinif portfolyolarının tərtibi, qiymətləndirmə vəsaitlərinin hazırlanması kimi mühim məsələlər müzakirə edilib. Seminar interaktiv təşkil olunub. Suallara müəllimlərlə birgə cavab axtarılıb, məhsuldar fikir mübadiləsi aparılıb.