"Şagird davranış qaydaları"nın tətbiqinin effektivliyini ölçmək üçün valideynlərlə sorğu keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1682921886644f599e6210e6.30418136.jpg)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərtib etdiyi və BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 62 məktəbdə pilot olaraq tətbiq edilən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı çərçivə sənədinin tətbiqinin effektivliyini yoxlamaq üçün 30.04 2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə valideynlərlə onlayn sorğu keçirilib. Sorğuda 400 nəfərə yaxın valideyn iştirak edib. Sorğunun nəticələri rəhbərlik tərəfindən təhlil edilib. Anonim sorğuda "Çərçivə sənədi barədə məlumatlısınızmı?" sualına 94,1% "Bəli", digərləri "Xeyr" deyə, cavab verib. "Layihənin tətbiqindən sonra məktəbin fəaliyyətində müəyyən dəyişiklik varmı?" sualına 92,3% "Bəli", 7,7% isə "Xeyr" deyə cavab verib. "Xüsusi qaydalarIn müəyyən edilməsi şagirdlərin akademik inkişafına müsbət təsir edəcəkmi?" sualı 98, 3% valideyn tərəfindən müsbət cavablandırılıb. "Layihənin tətbiqi şagirdlərin məsuliyyət hissini artırmağa, onları müstəqil həyata daha dissiplinli və öhdəliklərini anlayan vətəndaş kimi hazırlamağa kömək edəcəkmi?" sualına 97,5% "Bəli" deyə cavab verib. Korreksiyaedici tədbirlərin tətbiqinin effektivliyini 94,9% valideyn təsdiqləyib. Rəğbətləndirici tədbirlərin tətbiqinin effektivliyi ilə də 96,6% valideyn razılaşıb. Ən maraqlı nüans isə son sualda üzə çıxıb. "Layihədə hansı istiqamətdə təkmilləşdirməyə ehtiyac var?" sualına müxtəlif cavablar verilib. Cavablarda ən çox vurğulanan nüanslar bunlardır: 1. Psixoloq işi daha da artırılmalıdır. 2.Korreksiyaedici tədbirlər ciddiləşdirilməlidir. 3.Valideynlərin daha məsuliyyətli olması üçün tədbirlər görülməlidir. 4.Rəğbətləndirmələr artırılmalıdır. 5.Uşaqlarla stimullaşdırıcı işlər görülməlidir. 6. Tərbiyəsi çətin uşaqlar başqa müəssisələrə göndərilməlidir. 7.Uşaqların maraqlarına görə fəaliyyətlər təşkil edilməlidir və s. Sorğu nəticələri bizə düzgün yolda, doğru istiqamətdə olduğumuzun əminliyi barədə geri dönüş oldu. Bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi, sənədin tətbiqinin daha məsuliyyətlə həyata keçirilməsi zərurət və şərtdir.