Valideyn- məktəb münasibətlərinin möhkəmləndirilməsi yolunda
Məktəbimizdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Kim daha güclüdür?» adlı breyn-rinq təşkil ediləcək. Yarış 3 turdan və 1 final mərhələsindən ibarət olacaq. Hər turda bir valideyn komandası ilə bir şagird komandası yarışacaq. Nəticə etibarı ilə 3 tur ərzində ən çox bal toplamış şagird komandası ilə ən çox bal toplamış valideyn komandası finalda görüşəcək. Finalda bir komanda ‐ ya şagird, ya da valideyn komandası qalib olacaq. Şagird komandası IX, X və XI sinif şagirdlərindən təşkil ediləcək. Valideyn komandaları isə məktəbin valideyn icmasından seçiləcək. Hər turda 10 sual veriləcək və hər cavab 1 balla qiymətləndiriləcək. Hər sual üçün 2 dəqiqə vaxt veriləcək. Cavablar münsiflərə yazılı şəkildə təqdim ediləcək. Suallar ümumi dünyagörüşünə aid olacaq. Komandalara ad veriləcək və kapitan təyin ediləcək. Cavabları münsiflərə təqdim edən komandaların kapitanları olacaq. Hazırda təşkilati işlər görülür. Yarışda iştirak könüllülük prinsipinə əsaslanır.