""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" adlı yeni bir məktəblərarası müsabiqəyə start verilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1682712508644c27bcf07339.84866382.jpg)
BŞTİ-nin müvafiq razılığı və 96 nömrəli məktəbin təşkilatçılığı ilə təşkil ediləcək
"Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinə start verilib. Bu müsabiqə 10 məktəb arasında qabaqcıl təcrübənin bölüşdürülməsi, sağlam rəqabətin yaradılması və müəllimləri peşəkar inkişafa sövq etmək məqsədi ilə təşkil edilir. Müsabiqənin formatı belə olacaq: 8-15 may tarixləri arasında müsabiqə üçün onlayn şəkildə qeydiyyatdan keçmiş müəllimlər tədris prosesini pozmadan cədvəl üzrə normal dərs qrafiki zamanı müsabiqənin şərtlərinə cavab verəcək dərs keçirlər və bu dərs video qeydə alınır. Bu video material 96 nömrəli məktəbin göstərilmiş poçt ünvanına göndərilir. Bu dərs müsabiqəyə qoşulmuş müəllimin tədris apardığı istənilən sinifdə, müvafiq tədris proqramında həmin tarix üçün təsadüf edən mövzuda təşkil edilməlidir. Toplanmış video dərslər müsabiqə bitdikdən sonra təşkilat komitəsi tərəfindən dəyərləndiriləcək. Seçilmiş 3 əla dərs 1,2,3-cü yer nominasiyası üzrə, 3 yaxşı dərs isə təşəkkürnamə ilə təltif olunacaq. Təltifolunma mərasimi BŞTİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə 96 nömrəli məktəbdə təşkil ediləcək.Video dərslərin qiymətləndirilməsi üçün yaradılacaq təşkilat komitəsi 10 nəfərdən ( hər məktəbdən 1 nəfər olmaqla) təsis olunacaq. Qaliblərə təqdim ediləcək diplomlarda BŞTi- nin səlahiyyətli nümayəndəsinin imzasının olması nəzərdə tutulub. Qeyd edək ki, müsabiqədə Bakı şəhəri üzrə 96, 7, 55, 56, 57, 21, 72, 74, 170 və 90 nömrəli tam orta məktəblərin iştirakları nəzərdə tutulub.